Fransada havanın temperaturu ölkə ərazisində bütün tarix boyu müşahidə olunan rekord səviyyəyə çatıb.

"Report" BFMTV-yə istinadən xəbər verir ki, ölkənin cənubunda yerləşən Qar departamentinin Qallarq-le-Montyuyo kommunasında termometr sütunları +45,9 °C dərəcəyə qədər yüksəlib.

Daha əvvəl Fransanın cənubunda +44,3 °C temperatur qeydə alındığı xəbər verilmişdi.