Kənd Təsərrüfatı naziri İnam Kərimovun Dünya Ərzaq Təşkilatı ilə keçirilən tədbirdə ətə və südə olan tələbatın 90%-nin ölkə tərəfindən təmin edildiyini desə də iqtisadçı ekspert Rövşən Ağayev bu fikirin yanlış olduğunu iddia etmişdi.

(http://iqtisadiyyat.az/2019/01/23/nazirin-et-idxali-ile-bagli-statistikasinda-yanlisliq-var-iqtisadci-ekspertden-iddia).

İqtisadiyyat.az saytı bildiri ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Pərviz Hacıyev ekspertin iddialı təhlilinə münasibət bildirib.

'Söhbət mal əti və qoyun ətindən gedirdi ( ağırlıqlı olaraq bunlar üzərində iş gedir hal hazırda). Çünki tələbin 60%-dən çoxunu onlar təşkil edir və özünü təminetmə 90%-dən biraz çoxdur. Quş əti istehsalı və istehlakı arasında ferq çoxdur, 25%-ə yaxın açıq var, o da hal hazırda quşçuluq sahəsində istehsal artsın deyə ciddi investisiyalar gedir. ( Məsələn 'Mərcan' Quşçuluq fabriki istehsal artımına doğru gedir, yeni müasir damları genişləndirir və.s). Sırf quşçuluqda var olan böyük açıq ortalama bütün ət məhsullarında özünü təminetmə səviyyəsinin 85-90%-i arasındadır. Bütün bunları qoyuram kənara, bir iqtisadçı olaraq sizə iradım budur ki, stok fərqi, ticarət balansı rəqəmləri hesaba qatmadan, sadəcə idxal+istehsalı toplam istehlaka bölüb özünütəminetmə haqqında fikir yürütmək professionallıq deyil. Demirəm biz stok artırıb ixrac etmişik, amma bunu hesabda nəzərə alaraq izah vermək məsələyə ciddi yanaşdığını göstərərdi. Bundan sonra rəqəmlər k/t databazında daha doğru öz əksini tapsın deyə, hazırda var olan statistik məlumatlardakı əksikliyin olmaması üçün, məhz elektronik k/t sistemi qurulur.'

MEHMAN NƏBİYEV