Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb.
İqtisadiyyat.az xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığını müzakirə ediblər.
Tərəflər eyni zamanda, NATO müttəfiqlərinin enerji təhlükəsizliyində Azərbaycanın rolu və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Görüşdə Azərbaycanın NATO-dakı Daimi Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə də iştirak edib.