Havanın çirklənməsi hər il 7 milyon insanın ölümünə səbəb olur.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, dünya əhalisi çirkli havadan oksigen qəbul edir.

Məlumata görə, Çad, İraq, Pakistan, Bəhreyn və Banqladeş dünyanın ən çirkli havasına malikdir. Dünyanın ən təmiz havası isə Quam, Fransız Polineziyası və Bermud adalarındadır.

Avropa Statistika İdarəsinin 2022-ci il məlumatlarına görə, Avropanın havası ən çirkli ölkələri Bosniya və Herseqovina, Şimali Makedoniya və Serbiya olub.

Dünyanın 101 ölkəsinin hava keyfiyyətini canlı izləyən IQ Air tərəfindən dərc edilən hesabatda ən təmiz havası olan ölkələr arasında Avstraliya, Estoniya, Finlandiya, Qrenada, İslandiya və Yeni Zelandiya göstərilib.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, havanın çirklənməsi hər il dünyada 7 milyon insanın ölümünə səbəb olur. Bu rəqəm siqaret və qidalanmadan qaynaqlanan ölümlərlə eyni səviyyədədir. Havanın çirklənməsi hər il Avropada 1200-dən çox 18 yaşdan kiçik uşaq və gəncin ölümünə səbəb olur.

Bildirilib ki, dünya əhalisinin 99%-i keyfiyyətli hava standartlarından geridə və insan sağlamlığını təhdid edən şəraitdə yaşayır.

 

Gözəl Həşimova