Çinin cənub-qərbindəki Yunnan əyalətində torpaq sürüşməsi baş verib.

İqtisadiyyat.az “CCTV” kanalına istinadən xəbər verir ki, torpaq sürüşməsi Çjaotonq şəhərində bu gün yerli vaxtla saat 05:51-də qeydə alınıb.

Məlumatda təbii fəlakət zamanı 2 nəfərin öldüyü, 47 nəfərin isə xəsarət aldığı bildirilib.

Çin prezidenti Si Cinpin bölgədə bütün qüvvələrin xilasetmə işlərinə cəlb olunması əmri verib.