XİN növbədənkənar seçkilərlə bağlı öz üzərinə düşən işlərin görülməsinə başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Xaricdə yaşayan azərbaycanlıların öz seçki hüquqlarının təmin etməsi üçün səfirliklər fəaliyyətə başlayıb və azərbaycanlıların öz seçki hüququnun icrası üçün lazımi şərait yaradılıb. Seçkilər üçün beynəlxalq təşkilatların monitorinq qruplarının gəlməsi üçün biz bu təşkilatlarla işləyirik. Artıq ilk qruplar gəlib”, - nazir deyib.