Bolqarıstanın Təhsil Nazirliyi ölkə parlamentinə "Ali təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı müraciət edib. Belə ki, yeni dövlət və ya özəl universitetlərin və köhnə universitetlər daxilində yeni fakültələrin, departament və filialların açılması dayandırılmalıdır.

İqtisadiyyat.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Təhsil Nazirliyində dəyişikliklərin məqsədini açıqlayarkən bildiriblər ki, bunlar köhnə ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin yüksəldilməsini nəzərdə tutur və müvafiq nəticə əldə edilməyənədək yenilərin açılması məqsədəuyğun deyil.