Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək imtahanların dəqiq tarixini elan edib.

Fins.az çoxsaylı sualları nəzərə alaraq DİM-in rəsmi saytına istinadən gələn həftə keçiriləcək imtahan və tədbirlərin təqvimini təqdim edir:

15 mart - 15 aprel - Ali təhsil müəssisələrinə elektron sənəd qəbulu;

15 mart - 15 aprel – Orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu;

16 aprel - Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı, (Magistratura);

21 aprel – Buraxılış imtahanı, tam orta təhsil bazasında, 3-cü istiqamət;

21 aprel – İnzibati vəzifələr üzrə müsabiqənin test imtahanı (B növü), (Dövlət qulluğu).