Azərbaycan Mərkəzi Bankı (AMB) bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb.

İqtisadiyyat.az bildirir ki, 2023-cü il fevralın 23-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib. Türk lirəsi və avro ucuzlaşaraq müvafiq olaraq 0,0900 manata və 1,8057 manata enib. 1 Rusiya rublu isə 0.0227 manata yüksəlib.