Oktyabrın ilk şənbəsi ölkə ərazisində qısamüddətli yağış yağacaq.

İqtisadiyyat.az xəbər verir ki, Bakıda və Abşeronda gecə 13-18° isti, gündüz 20-25° isti təşkil edəcək.

Respublikanın bölgələrində qısamüddətli leysan, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Rayonlarda gecə 13-17° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti proqnozlaşdırılır. Səhər bəzi rayonlarda duman müşahidə ediləcək.