Ötən gün ərzində 69,45 dollardan 69,78 dollara qədər artan Brent neftinin qiyməti bu gün səhər 69,72 dollar olub. İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, səhər saat 09:28 radələrindən isə 0.57 dollar artaraq 70.12 dollara qədər qalxa bilib. Eyni zamanda, Qərbi Texas (WTI) xam neftin bir bareli 62,83 dollar təşkil edib.

ABŞ-ın İran və Venesuela ilə əlaqədar sanksiyalarını artıracağını dediyi ərəfədə Neft İhracatçı Ölkələr Təşkilatı(OPEC) ölkələrin gündəlik hasilatı azaltması qiymətlərdə artıma səbəb olub. Ötən il OPEK öz istehsalını gündə 1,2 milyon barelə qədər azaltmışdı, 

Neft bazarlarında bu gün ABŞ Enerji İnformasiya İdarəsinin (ÇED) xam neft səhmləri izləniləcək. Səhmlərin gözləntidən aşağı olması ilə qiymətlər artacaq.