"Dünya ictimaiyyəti kəskin iqlim dəyişikliyi probleminin həlli üçün kifayət qədər səy göstərmir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş bildirib.

Onun sözlərinə görə, bəşəriyyət hərəkətsizliyi ilə cəhənnəmin qapılarını açıb:

"Bəşəriyyət sürətlə təhlükəli və qeyri-sabit dünyaya doğru irəliləyir. Ən böyük qalıq yanacaq istehsalçıları emissiyaları azaltmaq üçün əlavə səylər göstərməli, zəngin ölkələr isə bu işdə inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarına dəstək olmalıdırlar".

 

Gözəl Həşimova