Rusiya Təhsil Nazirliyi Mərkəzi Bankla birgə ölkənin uşaq  bağçalarında azyaşlılara maliyyə savadlılığının tədris olunması barədə layihə hazırlayıb.

İqtisadiyyat.az-ın məlumatına görə, layihə ilə bağlı tövsiyələr Rusiyanın bütün regionlarına göndərilib.

Qeyd olunur ki, bu dərslər 5-7 yaşlı uşaqlar üçün nəzərdə tutulacaq.

Dərslərin səhnəciklər, nağıllar, tematik oyunlar şəklində keçirilməsi planlaşdırılır. Bu cür dərslərin uşaqlarda məsuliyyət, özünəinam kimi hisslərin artmasına səbəb olacağı deyilir.