“Təhsil strategiyasının idarə olunması ilə bağlı platformalar böyük əhəmiyyətə malikdir”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Gələcək İndi” Təhsil Menecmenti Zirvəsinin açılış mərasimində çıxış edən "ROOF Academic Training" şirkətinin təsisçisi və direktoru Rüfət Hüseynzadə deyib.

O bildirib ki, bu gün ölkədə təhsilin idarə edilməsi ilə bağlı bir sıra platformalar həyata keçirilir və bu, məqsədəuyğundur:

“Bu gün ölkəmizdə ümumilikdə 2 milyona yaxın təhsilalan var. Bu insan kapitalı ilə gələcəyə necə addımlayacağımız çox vacibdir. Belə ki, atılan addımlar 2030-2040-cı illər üzrə ölkənin gələcəyini müəyyənləşdirəcək. Bu baxımdan daha yaxşı təhsil daha yaxşı gələcək deməkdir”. 

Gülşən Şərif