Azərbaycanda ilk dəfə “Gələcək İndi” Təhsil Menecmenti Zirvəsi keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, 3 fərqli paneldən ibarət olan Zirvə 15-dək spiker və moderatorun iştirakı ilə davam edir.

"Gələcək İndi" şüarı altında keçirilən tədbirə öz sahəsinin 300-dən çox rəhbər və qərarverici şəxsi qatılıblar.

Təhsil Menecmenti Zirvəsində həmçinin özəl və dövlət təhsil müəssisələrinin rəhbərləri, icraçı direktorları, akademik rəhbərlər, müxtəlif dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarların iştirak edir.

Zirvədə təhsil sahəsindəki son trendlərin, tətbiq olunan yeniliklərin, müasir innovasiyalar və qabaqcıl təcrübələrin müzakirə və fikir mübadilələri əsasında paylaşılması nəzərdə tutulub.