“Təhsil işçiləri texnologiyanın inkişafından narahat olmamalıdırlar”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Gələcək İndi” Təhsil Menecmenti Zirvəsi çərçivəsində “Təhsildə strateji idarəetmə” panelində çıxış edən ADA Universitetinin Akademik işlər üzrə prorektoru Vəfa Kazdal deyib.

Onun sözlərinə görə, son dövrlərdə təhsildə süni intellektə yer verilməsi əsas mövzulardan birinə çevrilib: "Artıq süni intellekt təhsildə müəyyən dəyişikliklərə səbəb olub. Bütün hallarda texnologiya nə qədər inkişaf edirsə, insan faktorunun təhsildə əhəmiyyəti də bir o qədər artır. Çünki texnologiyanın inkişafı üçün təbii elementlərin ehtiyacı da artır. Bu fonda təhsil işçiləri, xüsusən də müəllimlər süni intellektin inkişafından narahat olmasınlar. Bu yenilik müəllimləri əvəz edə bilməz". 

Gülşən Şərif