Tədqiqatçılar güclü lazerdən istifadə edərək ilk dəfə ildırımın istiqamətini dəyişməyi bacarıblar.

İqtisadiyyat.az dünya mediasına istinadən xəbər verir ki, bu inkişaf ildırım vurması nəticəsində yaranan yanğınların və ölümlərin qarşısını ala bilər.

Güclü lazer ildırımı təqribən 60 metr istiqamətləndirə bilib. Araşdırmalar göstərir ki, lazerlər ABŞ-də hər il orta hesabla 43 nəfərin ölümünə səbəb olan təhlükəli tufanlardan qorunmaq üçün istifadə edilə bilər.

Yeni aparatı sınaqdan keçirmək üçün alimlər 3 tonluq lazeri İsveçrədəki 2000 metr yüksəklikdəki Santis dağının zirvəsinə gətiriblər. Lazer ildırım çubuqlarından istifadə ideyası 70-ci illərin əvvəllərinə təsadüf edir.

 

Gözəl Həşimova