Bu gün Ermənistan Parlamentinin növbəti iclası keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, müxalifətçi deputat Artsvik Minasyan parlamentin spikeri Alen Simonyana Paşinyanın ötən gün Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasını müzakirə etməyi təklif edib.

Parlamentin sədri cavabında deyib: “Bir daha deyirəm, təşəbbüs göstərin, müzakirə edəcəyik, əgər mənim şəxsi fikrimlə maraqlanırsınızsa, dünən baş nazirin səsləndirdiyi fikirlərə tam qoşuluram”.