Amerika fond bazarında "Dow Jones" indeksi 0,15% - 26 424,99 bəndədək, "S&P 500" indeksi 0,46% - 2 892,74 bəndədək, NASDAQ isə 0,59% - 7 938,69 bəndədək artıb.

İqtisadiyyat.az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,61% - 7 446,87 bəndədək, Almaniya DAX-ı 0,18% - 12 009,75 bəndədək, Fransa CAC-40-ı isə 0,23% - 5 476,2 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,30 dollar artaraq 1 295,60 dollara, gümüşün unsiyasının qiyməti isə dəyişməyərək 15,09 dollara satılıb.