ABŞ-da açılması planlaşdırılan ilk katolik dövlət məktəbinə qarşı məhkəmə prosesi başlayıb. 

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, Amerika Vətəndaş Azadlıqları Birliyi (ACLU) ölkənin ilk ictimai dini məktəbinin yaradılmasına mane olmaq üçün məhkəməyə müraciət edib. 

Oklahoma Rayon Məhkəməsində bəzi ailələr adına açılan iddianın məqsədi vergi ödəyicilərinin pullarının dini məktəblərə köçürülməsini dayandırmaqdır. Bundan başqa, iddiaçılar sözügedən məktəbin dünyəvi ictimai təhsilə hücum olduğunu bildiriblər. 

Kilsə rəsmiləri isə işin Konstitusiya Məhkəməsinə gedəcəyinə və dini dövlət məktəbinin açılacağına ümid edirlər.

Gülşən Şərif

İqtisadiyyat.az