"İlkin mərhələdə hava limanlarında və yollarda çətinliklər oldu. Yanacaq və bir neçə kiçik problemlərimiz var. Onları da həll edirik. Provakasiyalara fürsət verməməyinizi istəyirəm. Zərər görən ailələrə müəyyən dəstək verəcəyik. Maliyyə Nazirliyindən bunun üçün büdcə ayırmışıq, ilkin olaraq hər ailəyə 10 min lirə düşünmüşük". 

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu zəlzələ bölgəsində olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı deyib. O həmçinin qeyd edib ki, zəlzələdən zərər çəkənlər otellərə yerləşdirilə bilər:

"Antaliya, Alaniya, Mersin kimi şəhərlərdəki otellərlə görüşmüşük. Buradakı otellərdə qalmaq istəyənlər olsa, onları yerləştirməyə hazırıq. Çadırlardan razı olmaya bilərlər, onları otellərə yerləşdirməyə hazırıq.

Zəlzələ bölgəsindəki çətinliklər tezliklə aradan qaldırılacaq, yenidənqurma işləri də aparılacaq. Eyni zamanda vətəndaşlarımızın təxliyəsi da davam edir. Bu məsələdə media nümayəndələri xüsusilə həssas olmalıdır. İndi həmrəy olmaq vaxtıdır".