Ukrayna prezidenti Vladimir Zelenski 2023-cü il Rusiya ilə münaqişədə həlledici il olacağını deyib.

İqtisadiyyat.az xəbər verir ki, Ukrayna lideri bu barədə yayımlanan videomüraciətində bildirib.

Zelenski həmçinin Silahlı Qüvvələrinə təlim keçməyə davam etdiyini qeyd edib:

“Biz qışda hansı risklərin olduğunu, yazda isə nə etməli olduğumuzu başa düşürük. Bu o deməkdir ki, bütün müdafiə və təhlükəsizlik sektorunun hansı nəticələri nümayiş etdirməli olduğunu bilirik”.