"Fitch" beynəlxalq reytinq agentliyi Serbiyanın proqnozunu "sabit"dən "müsbət"ə dəyişdirdiyini açıqlayıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.
Agentlik ölkənin reytinqini isə "BB+" səviyyəsində təsdiqləyib.
Qurum Serbiyada bu il inflyasiyanın 4,4%, gələn il 3,6%, 2026-cı ildə 3,2% olacağını gözləyir.
Məlumata görə, ölkədə bu il iqtisadi artımın 3,8% olacağı proqnozlaşdırılır.
Gözəl Həşimova