Bu gün sosial müavinətlərin məbləğlərində ciddi artımlar öz əksini tapdı. Bu artımlar da özündə 7 istiqaməti ehtiva etdi:

Hansı ki, uşağın anadan olmasına görə sosial müavinət, dəfn üçün, bir yaşınadək uşağı olan aztəminatlı ailələr, ailə başçısını itirməyə görə, yaşa görə və radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətlərin artırılması.

İqtisadçı ekspert Eldəniz Əmirov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, bu istiqamətlərin ən vacibi doğulan uşağa görə 500 manat müavinətin verilməsidir:

“Ən yüksək artımda elə bu istiqamətdədir. Belə ki, bu müavinət 300 manatdan 500 manata yüksəldilib. Çünki bilirik ki, regionlarımızda ailəyə yeni uşaq gələn zaman ailəni sevinməyə qoymayan bir faktor var idi ki, bu doğuş xərcləri idi. 66.6 %-lik artım maddi ağırlığın çəkisini azaldır. Faiz baxımından isə ən çox artım şəhid ailələrinə verilən prezdentin təqaüdü ilə bağlıdır. Əvvəl 500 manat olan təqaüd hazırda 600 manata qaldırılıb ki, bu da nə az nə çox 20 faiz artım deməkdir”.

Ekspert həmçinin tələbələrin təqaüdünün artırılması tələbələrin, xüsusən də rayondan böyük şəhərlərə təhsil almağa gedən tələbələrin təhsil zamanı xərclərinin qarşılanması üçün vacib qərar olduğunu bildirib:

“Müxtəlif təhsil pillələri üzrə təhsil alan tələbələrin təqaüdünün artırılmasıda bu fərmanlar sırasında öz əksini tapdı. Həm doktorantura pilləsi, həm magistr pilləsi həm də bakalavr səviyyəsi üzrə təhsil alan tələbələrin mütanasib şəkildə təqaüdləri artırıldı. Orta ixtisas və peşə təhsili müəsisələrində də artımlar müşahidə olunub. Bu da təbii olaraq tələbələrin, xüsusən də rayondan böyük şəhərlərə təhsil almağa gedən tələbələrin təhsil zamanı xərclərinin qarşılanması üçün vacib qərardır”.