Adıyamanın Kahta rayonunda aparılan yol tikinti işləri zamanı Roma dövrünə aid, yaşı 1600 il olduğu təxmin edilən 5 insan skeleti tapılıb.


İqtisadiyyat.az xəbər verir ki, rayonun Kozağaç kəndinin Göllük məhəlləsində tikintisi davam edən Kahta-Sincik yolunun 21-ci kilometrliyində inşaat maşını ilə aparılan qazıntı zamanı insan skeletlərinə rast gəlinib.

Vəziyyətin bildirilməsi üzərinə bölgəyə gələn Muzey Müdirliyi qrupları kamera məzarında 5 insan skeleti olduğunu müəyyən edib.

Muzey Müdirliyi rəsmiləri skeletlərin Roma dövrünə aid 1600 illik hesab edildiyini bildiriblər.