Azərbaycan Marketinq Kommunikasiyaları Assosasiyası tərəfindən “Azərəbaycanda Digital Reklam: gözləntilər və reallıqlar” adlı konfrans keçirilib. “Holdiay İnn” –də baş tutan konfrans assosiasiyanın “Baş-a-baş” seriyasından sayca ikincisi olub.

“New Media” şirkətinin rəhbəri Rasim Davudov konfransdakı çıxışı ilə bağlı bəzi statistikaları təqdim edib. Azərbaycanda medialar üzrə reklam xərcləri, adam başına düşən reklam xərcimiz və qonşu ölkələrlə müqayisə, yerli saytların yanvar ayı üzrə statistikası.

rasim2.jpg rasim3.jpg rasim4.jpg

Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyası Məmməd Şahməmmədov(AA&M), Elnur Nurəliyev (McCann Baku), Emin Quluzadə (PeopleBrand), Ceyhun İmanov(JIS), Abbas Fətullayev (TradeMark/Leo Burnett Azerbaijan), Afət Yaqubova (Laboratoriya PR), Namiq Bayramov (YelloAD), Aygün İslamzadə (Kapital Bank), Sabit Məmmədov(Admedia), Azər Nəcəfov (YelloAD), Rəşad Nəzərli (PeopleBrand), Elnur Osmanov (Air Group) və Teymur Məmmədov (PamPam Kreativ Butik) kimi marketinq kommunikasiyaları sahəsində böyük təcrübəyə malik mütəxəssislər və tanınmış şirkət rəhbərləri tərəfindən təsis olunub.

Qeyd edək ki, “YelloAD”-ın həmtəsisçisi Namiq Bayramov Azərbaycan Marketinq Kommunikasiyaları Assosiasiyasının İdarə Heyətinin Sədridir.