Əksəriyyəti maraqlandıran sual təqaüdün kimlərə veriləcəyilə bağlıdır.

İqtisadiyyat.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, təqaüd kimliyindən asılı olmayaraq, uşağa qulluq edən şəxsə veriləcək:

"Bu həmin uşağın valideyni və qəyyumu olacaq”.

Rəsmi məlumata görə, əgər uşağın valideyni yoxdursa belə, təqaüd qəyyumuna veriləcək.

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial müavinətlər aprelin 1-dən 83 faiz artım edilməklə 82 manatdan 150 manata çatdırılıb. 

Yeni təqaüd forması kimi, həmin uşaqlara qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində aylıq təqaüdü veriləcək. 

Bununla da, sağlamlıq imkanları məhdud uşaqlar üçün ödənilən vəsait 2,4 dəfə artırılaraq, (150 manat) və təqaüd (50 manat) formasında ümumilikdə 200 manat təşkil edəcək.

Qeyd edək ki, həssas qruplardan ibarət 577 min nəfərdən 73 minə qədəri sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqlardır.