2024-cü ilin 6 ayında qeyri-leqal dövriyyədən 2 ton 844 kiloqram narkotik vasitə çıxarılıb və 296 tondan artıq narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyində əməliyyat-xidməti fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında məlumat verilib.

Bildirilib ki, son illər narkotiklərlə mübarizədə, xüsusən müvafiq cinayətlərin açılmasında vətəndaşların rolu davamlı olaraq artmaqdadır:

"Fəal mövqe nümayiş etdirən şəxslərin əməyi və mövqeyinin yüksək qiymətləndirildiyi həmin iclasda vurğulanıb ki, bu, polis-vətəndaş münasibətlərinin effektivliyinin əyani təsdiqidir. Polis-vətəndaş münasibətləri özünü daha çox mütəşəkkil qrup və dəstələr tərəfindən törədilən cinayətlərin azalmasında narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılmasının artım tempində və vətəndaşların günbəgün artan köməyliyində göstərir".