Sumqayıt Dövlət Universitetində (SDU) yeni təyinat olub. 

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı rektor Rüfət Əzizov əmr imzalayıb. 

Əmrə əsasən, Həbibə Mirhəbib qızı Nəzirova SDU-nun Layihələrin idarə olunması şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü H.Nəzirova bundan əvvəl Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) işləyib. R.Əzizov ARTİ-yə rəhbərlik etdiyi dövrdə H.Nəzirova Layihələrin idarə olunması şöbəsində mütəxəssis, baş mütəxəssis və şöbə müdiri vəzifəsini icra edən kimi çalışıb.