Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 18 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 % çoxdur.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu il noyabrın 1-nə qədər ölkədə 94 020 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.