Kənd təsərrüfatında avqust ayının 1-nə kimi tarlalardan 611,7 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 6,1 faiz çox kartof və 1075,1 min ton (6,3 faiz çox) tərəvəz toplanıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu müddət ərzində 363,2 min ton (3,8 faiz çox) bostan məhsulları, 263,5 min ton (8 faiz çox) meyvə və giləmeyvə, 7,5 min ton (32,1 faiz çox) üzüm, 603 ton (26,7 faiz çox) yaşıl çay yarpağı, 2,5 min ton (12,6 faiz az) günəbaxan, 15,3 min ton (2,8 dəfə çox) şəkər çuğunduru və 2,5 min ton (5,8 faiz çox) tütün yığılıb.Fins.az