Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə istifadədə olunan yararsız pul nişanlarının dövriyyədən çıxarılmasına dair qaydalar hazırlayıb. Apa-nın məlumatına görə, bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda qaydalar maliyyə qurumlar və ekspertlərlə müzakirə olunur.