Yaponiya özünümüdafiə qüvvələrinin sayı 7 min nəfərə çatıb.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, işlər zamanı 850-yə yaxın insan xilas edilib. Yolların zədələnməsi səbəbindən sakinlərə 700 minə yaxın ərzaq çatdırılıb.
Xatırladaq ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib.
Əli Ağayev