Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ELM Gənclərin Sosial-intellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən "Xudafərin" gənc alimlərin tarixi elmi araşdırmalarında" lahiyəsi həyata keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, layihənin məqsədi gənc alim, doktorant və magistrantları yeni elmi məqalələr yazmağa təşviq etmək, işğaldan azad olunmuş ərazilər haqqında istinad mənbəyi formalaşdırmaqdır.

Layihə çərçivəsində ilkin görüş keçirilib, müzakirələr aparılıb.

Daha sonra kreativ iştirakçılardan ibarət 20 nəfərlik qrupun Cəbrayıl rayonu ərazisində yerləşən tarixi abidəmiz - Xudafərin körpüsünə ziyarəti təşkil edilib.

Layihə iştirakçıları ilə birgə yekun görüş keçirilib, iştirakçılar səfərlə bağlı öz təəsüratlarını bölüşüblər.

Gənclər öz elmi məqalələri haqqında tədbir iştirakçılarına məlumat veriblər.

Sonda tədbir iştirakçıları ilə birgə xatirə fotosu çəkilib.