Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman Ermənistana səfər edəcək.

Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər fevralın 7-8-də baş tutacaq. O, İrəvanda Ermənistan XİN başçısı ilə görüşəcək və birgə mətbuat konfransı keçiriləcək.

Radmanın Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla da görüşü nəzərdə tutulur.