Bakının Xocahəsən qəsəbəsindəki gölün ətrafında yeni Nəbatat bağının salınması nəzərdə tutulur.

Bunu Dövlət Arxitektura Komitəsi yanında Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, milli parkların ərazilərinin genişləndirilməsi də planlaşdırılır.