Türkiyənin zəlzələ baş verən bölgələrinə cəlb edilən azərbaycanlı xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirir. Dünən gecə saatlarında Kahramanmaraşın "Trabzon" prospektində 3 yaşlı qızcığaz və bir orta yaşlı kişi dağıntılar altından sağ çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, azərbaycanlı xilasedicilər tərəfindən son 2 gündə ümumilikdə 16 nəfər dağıntılar altından sağ çıxarılıb. Görüntüləri İqtisadiyyat.az üçün hadisə yerindən Sahil İmanov çəkib.