Azərbaycana süd idxalının xərci artır. 1 ton südün orta idxal qiyməti 1406 dollardan 1653 dollara qalxıb (247 dollar artım). 

"Marja" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-avqust aylarında ölkəyə 9 milyon 370 min ABŞ dolları dəyərində 5 min 667 ton süd idxal edilib. 2018-ci ilin yanvar-avqust aylarında 7 milyon 400 min dollara 5 min 260 ton süd idxal edilmişdi. İdxal miqdar ifadəsində 7,7% artdığı halda dəyər ifadəsində 27% artıb.