Xaçmaza şiddətli dolu düşüb.

Oxu.Az-ın Şimal bürosunun xəbərinə görə, günorta saatlarından etibarən hava şəraiti kəskin dəyişib.

Beş dəqiqəyə qədər davam edən dolunun hündürlüyünün 20 mm-dən çox olduğu bildirilir.

Hazırda hava şəraiti yağmurludur.

Doludan sonra Xaçmaza zərər dəyib-dəyməməsi barədə hələlik məlumat yoxdur.