2022-ci ildə klub və millidə ən çox oyun keçirən futbolçuların adı məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, "Liverpul"un hollandiyalı futbolçusu Van Dayk 64 matçla siyahıda birincidir. Milan Borjan, Bernardo Silva, Enzo Fernandez isə 2022-ci ildə 63 matçda iştirak ediblər. Siyahıda 3-cü pilləni 62 matçla Luko Modriç, Alisson Bekker və Hari Keyn tuturlar.