Lənkəran rayon İcra Hakimiyyətində (İH) kadr dəyişikliyi olub.

Lənkəran İH-i başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Xalid Rəhimov vəzifəsindən azad edilib. 

Onun adı qurumun struktur bölməsindən də çıxarılıb.

Hələlik X.Rəhimovun yerinə təyinat yoxdur.