Azərbaycanda mühafizə fəaliyyəti göstərən "Vətən-N Muhafizə Xidməti" şirkəti məhkəməyə verilib.

İqtisadiyyat.az xəbər verir ki, şirkətin keçmiş əməkdaşı Süleymanzadə Əfqan Bəhmən oğlu məhkəmədə iddia qaldırıb.

O, işdən haqsız yerə çıxarıldığını bildirib. Ə.Süleymanzadə işə bərpa olunması tələbi irəlini sürüb. 

İş hazırda apellyasiya mərhələsindədir. 

"Vətən-N Muhafizə Xidməti" şirkətinin keçmiş işçisinin şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Babayevin sədrliyi ilə araşdırılacaq.