Fövqəladə Hallar Nazirliyi ilə “Bakı Metropoliteni” QSC metronun “28 May” stansiyasında “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili” mövzusunda 30 avqust 2024-cü il, gecə saat 01:00 radələrində birgə taktiki təlim keçirəcək.

Bu barədə İqtisadiyyat.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.