Avropa İttifaqı 2022-ci ilin fevralından indiyədək Ukraynaya 77 min tondan çox humanitar yük göndərib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen məlumat verib.

“Fevral ayından bəri Avropa İttifaqı Ukraynaya dərman, ərzaq və çadırlar da daxil olmaqla 77 min tondan çox humanitar yük göndərib. Yanğınsöndürən maşınlar və mobil xəstəxanalar da tədarük edilib”, - deyə o, "Twitter"də yazıb.

Leyen əlavə edib ki, Aİ-nin Ukrayna ilə həmrəyliyi daha da “güclənir”.