Ukrayna Prezident Aparatının müşaviri Podolyak Putinin 36 saatlıq atəşkəs təklifinə cavab verib.


İqtisadiyyat.az xəbər verir ki, Ukrayna Prezident Aparatının müşaviri Mixail Podolyak Rusiya prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinə Ukraynada sabah saat 12:00-dan etibarən 36 saatlıq atəşkəsin tətbiq edilməsi ilə bağlı əmri ilə bağlı qiymətləndirmələr edib.

Podolyak Twitter hesabında yazıb:

"Birincisi, Ukrayna Rusiya kimi yad torpaqlara hücum edib dinc əhalini öldürmür. Ukrayna öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. İkincisi, Rusiya işğal etdiyi əraziləri tərk etdiyi zaman müvəqqəti atəşkəs olacaq".