Ukraynanın keçmiş təhsil və elm naziri, prezident Viktor Yanukoviçin dövründə vəzifə tutan Dmitri Tabaçnikin əmlakına həbs qoyulub.  

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Telegram -da məlumat yayıb. 

Məlumatda müsadirə olunan aktivlərin ümumi məbləği 2 milyon dollardan çox olduğu açıqlanıb: 

“Müsadirə olunan aktivlərin ümumi məbləği 2 milyon dollardan çoxdur. Bu, ilk növbədə daşınmaz əmlak, torpaq və xarici valyutada olan pullardır”. 

Qeyd edək ki, 2022-ci ilin noyabrında Ukrayna Baş Prokurorluğu Tabaçniki dövlətə xəyanətdə ittiham etmişdi.