2018-ci ildə “Twitch” istifadəçiləri 9,36 milyard saat oyun kontentinə baxıblar. Bu isə 2017-ci illə müqayisədə 25%-lik artım deməkdir. ”YouTube Gaming” istifadəçiləri isə 2,3 milyard saat oyunlara baxıblar. Amma “Twitch” ilə müqayisədə burda nəzərəçarpan artım hiss olunub, 104%. Fins.az xəbər verir ki, facemark.az-ın məlumatına görə, bu barədə “Stream Elements”in araşdırmasında qeyd olunub. Müqayisə üçün qeyd edək ki, “Microsoft Mixer” platformasından 39,6 milyon saat baxış yığılıb. Bu, geriləməyə baxmayaraq onlayn-meydança ən sürətlə böyüyən olub.İstifadəçilərin ən çox baxdığı oyunlar arasında lider, “Fortnite” olub. 2017-ci ildə ən çox baxılan striminq oyun “League of Legends” olsa da, bu il adıçəkilən oyun 2-ci yerdə qərarlaşıb. Həmçinin liderlər arasında IRL / Just Chatting (484,6 milyon), Dota 2 (473,5 milyon) və PlayerUnknown's Battlegrounds (454,2 milyon) da var. “Twitch”də oyun videolarından başqa, “Just Chatting”də populyarlıq qazanıb. Belə ki, o kanala ümumi baxışların 86,9%-ni əldə edib. İkinci populyar bölmə isə ASMR olub, burda istifadəçilər fərqli duyğuları tərənnüm edən videolara baxıblar. Bundan başqa, istifadəçilər platformada yemək, idman, səyahət, elm-texnika, gözəllik, incəsənət haqqında videoları seyr edirlər.