Türkiyədə zəlzələdə ölənlərin sayı 5434 nəfərə çatıb.

İqtisadiyyat.az xəbər verir ki, yaralı sayı 31 777 nəfərdir.

***

22:44

Türkiyədə zəlzələdə ölənlərin sayı 4544 nəfərə çatıb.

Məlumata görə, yaralı sayı 26 725 nəfərdir.

***

20:56

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ qurbanlarının yeni sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, məlumata görə, 3432- nəfər həyatını itirib, 21 103 nəfər xəsarət alıb.

***

12:44

Türkiyənin Kahramanmaraş bölgəsində baş verən zəlzələ qurbanlarının yeni sayı açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, ölkənin vitse-prezidenti Fuad Oqtayın verdiyi məlumata görə, 3419 nəfər həyatını itirib, 20 534 nəfər xəsarət alıb.

***

10:45

Türkiyədə baş verən güclü zəlzələ nəticəsindən ölən və yaralananların yeni sayı açıqlanıb. 

İqtisadiyyat.az bildirir ki, AFAD nümayəndəsinin məlumatına görə, hadisə nəticəsində 3381 nəfər həlak olub. 

Qeyd edilib ki, 20436 yaralı var. Zəlzələ nəticəsində 5775 bina dağılıb, 11302 bina ciddi zədələnib.

***

09:40

Dünən səhər saatlarında Türkiyədə baş verən zəlzələ nəticəsində ölən və yaralananları sayı artıb.

İqtisadiyyat.az bildirir ki, AFAD-ın son məlumatına görə, hadisə nəticəsində 2921 nəfər ölüb, 15 834 nəfər isə yaralanıb. 

Dağıntıya məruz qalmış bina sayı isə 6217-dir.