Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb. 

***

21:37

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

İqtisadiyyat.az xəbər verir ki, zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb.

Qeyd olunub ki, 11 119 nəfər yaralı var.

***

21:38

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

19:45

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***

17:35

Türkiyədə səhər saatlarında baş verən zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb. 

İqtisadiyyat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, zəlzələ nəticəsində 7634 nəfər yaralanıb, 2824 bina dağılıb.  

***

14:23

Türkiyədə baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 912-yə çatıb.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib. Bildirilir ki, yaralıların sayı 5385 olub. 

Dağıntılar altından 2470 nəfərin çıxarıldığı qeyd edilib. 

***

11:17

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 284-ə çatıb.

İqtisadiyyat.az bildirir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay məlumat verib. 

Həmçinin, 2323 nəfərin yaralandığı, 1710 binanın dağıldığı bildirilib.

***

09:17

Bu gün səhər saatlarında Türkiyənin Qəhrəmanmaraş bölgəsində 7,4 bal gücündə zəlzələ baş verib.

İqtisadiyyat.az Türkiyə mediasına istinadən bildirir ki, zəlzələ ölkənin 4 vilayətində hiss edilib. Hadisə nəticəsində, Şanlıurfa və Diyarbəkirdə çox sayda dağıntılar var. 

Son məlumatlara görə, zəlzələ nəticəsində 76 nəfər həyatını itirib, azı 440 nəfər xəsarət alıb. 

Zəlzələnin İraq və Livanda da hiss edildiyi bildirilir.