"Türkiyədə zəlzələ təbii səbəblərdən baş verib. Süni zəlzələni təbii zəlzələdən ayıra bilirik".

İqtisadiyyat.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Türkiyədəki zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O həmçinin qeyd edib ki, təkanlar yerdaxili gedən genodinamik proseslər nəticəsində baş verib.